"Milli Meclisde icki aludecisi olan deputatlar var" - FOTO

"Milli Meclisde icki aludecisi olan deputatlar var" - FOTO
14:17 20 Fevral 2015
505 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Azerbaycanda novbeti parlament seckileri kecirilecek.

Virtualaz.org sayti seckiye qederki muddetde Milli Meclisin uzvleri ile hemsohbet olmaga, deputatlarin geride qalan 4 ilden cox bir vaxtda gorduyu islerin neden ibaret oldugunu, novbeti parlament seckilerinde istirak edib-etmeyeceyini oyrenmeye calisacaq.

Saytimizin budefeki qonagi 7 sayli Ordubad-Culfa secki dairesinden Milli Meclise uzv secilen Butov Azerbaycan Xalq Cebhesi Partiyasinin (BAXCP) sedri, parlamentin Huquq Siyaseti ve Dovlet Quruculugu Komitesinin uzvu Qudret Hesenquliyevdir.

- Qudret bey, deputatliq fealiyyetinizi qisaca olaraq nece serh ederdiniz?

- Ordubad-Culfa secki dairesinden secilmisem. Ozum Culfa rayonunda dogulub boya-basa catmisam. Bu muddetde calismisam ki, Ordubad ve Culfanin, umumiyyetle, blokada seraitinde olan Naxcivan Muxtar Respublikasinin problemlerini mutemadi olaraq parlamentde qaldirim. Ister hokumetin hesabati, isterse de budce zerfinin muzakiresi zamani calismisam ki, edaletli bolgu olsun ve Naxcivana vesait ayrilsin. Naxcivan inkisaf etsin, ehali orani terk etmesin. Naxcivanda sovet dovrune aid olan emal muessiselerinin berpasina, senayenin inkisafina, yeni is yerlerinin acilmasina calismisam. Vetendaslarin ferdi qaydada muracietlerine de diqqetle yanasmaga sey gostermisem. Bu muracietlerin rayon, muxtar respublika seviyyesinde helline calismisam.

- Partiyanizin qerargahi Bakidadir. Ozunuz de esasen burada olursunuz. Bes secicilerinizle nece unsiyyet qurur, nece elaqe saxlayirsiniz?

- Ilde azi iki defe secicilerimle goruse gedirem - yanvar sessiyasinda, bir de yayda. Qohumlarimin coxu Naxcivanda yasayir. Orada dostlar, yaxinlar var. Onlari gormek, muxtelif tedbirlerde istirak etmek ucun de Naxcivana gedirem. Bu seferler zamani da kendlerde, rayon merkezinde olub secicilerimle gorusurem. Komekcim Naxcivanda yasayir. Mutemadi olaraq secicilerle gorusur, problemi olanlari sexsen ozu qebul edir. Onlarin erizelerini, sikayetlerini mene catdirir.

- Secicilerinizin esas problem ve muracietleri neden ibaret olur?

- Esas muracietler sosial meselelerle bagli olur. Muracietlerin 80-85 faizi isle temin olunmaqla baglidir. Bezen tehsilhaqqinin odenilmesi ucun de muracietler olur.

-Bes sosial problemler? Meselen, qaz, isiq, su meseleleri…

- Bu meseleler Naxcivanda, demek olar ki, tamamile hell edilib. Naxcivanin Iranla anlasmasi var. Buna gore de sutkanin 24 saatinda en ucqar kendlerde bele fasilesiz qaz ve isiq enerjisi olur. Mekteblerin temin edilmesi ile de bagli muracietler olur. Bu meseleleri parlamentde de qaldiriram. Ordubadda 7 mektebin ve bezi kend yollarinin yeniden temire ehtiyaci var. Bu problemleri demekle yanasi, onu da bildirim ki, Naxcivan dovlet budcesinden ayrilan vesaitden en semereli sekilde istifade eden bolgelerden biridir. Rehberlik calisir ki, az vesaitle cox is gorsun. Lakin az da olsa oz hellini tapmayan meseleler var. O problemlerin helli ucun Naxcivana investisiya qoyulusu artirilmalidir. Son iki ilde Naxcivana investisiya qoyulusu 5 defe azalib. Evvelki illerde qoyulan investisiya 250 milyon manat idise, builki budcede bu mebleg 50 milyon nezerde tutulub. 400 minden artiq ehalisi olan muxtar respublikaya 50 milyon manat investisiya qoyulmasi hedden artiq azdir. Ona gore de cixislarimda hokumeti Naxcivana daha boyuk diqqet gostermeye cagiriram.

- Yeqin ki, secicilerinizden Bakiya gelib sizinle gorusmek isteyenler de olur...

- Beli, olur. Ancaq mene Baki ve etraf qesebelerden, rayonlardan da muracietler, sikayetler gelir. Men de muvafiq dovlet qurumlarina muraciet ederek bu problemlerin helline calisiram. Esasen is problemi ile bagli muracietler olur. Ancaq teessuf ki, bu problemin helline hemise nail olmaq olmur. Bu da meni cox narahat edir. Etrafimdakilar da bilirler ki, bu meselede elimden geleni edirem. Cunki men ozum kend yerinde dogulmusam, cox zengin olmayan bir ailede boyumusem, imkansizligin, issizliyin ne oldugunu yaxsi bilirem.

- Naxcivandaki problemler esasen muxtar respublika rehberliyi terefinden hell edilir. Secicilerinizin muraciet ve sikayetleri ile bagli Vasif Talibovla gorusub Naxcivandaki problemleri muzakire edirsinizmi? Bu cur gorusleriniz tez-tez olurmu?

- Yox, tez-tez gorusmuruk. Millet vekili secildiyim dovrde bezen ilde bir-iki defe, bezen ise daha cox gorusduyum vaxtlar olub. Naxcivanda rehberlikle gorusmek ucun muraciet edende problem olmur. “Deputatin statusu haqqinda” qanuna gore de resmi sexsler millet vekilleri muraciet etdiyi zaman texire salinmadan onlari qebul etmelidir. Bakida bele problem olsa da Naxcivanda bu problem yoxdur. Bakida bir nazirle neinki gorusmek, hetta telefon elaqesi saxlamaq da mumkun deyil. Zeng edirsen, komekcisi deyir ki, nazir yerinde yoxdur, gelende meruze edeceyik. Ya da deyirler ki, nazirin yaninda adam var, biz sizinle elaqe saxlayacagiq.

Semimi deyirem, Naxcivanda rehberlikle gorusler zamani ise secicilerimle bagli qaldirdigim meseleler ciddi sekilde arasdirilir ve hell yollari axtarilir.

- Bezen metbuatda Naxcivandaki qadagalar, rehberliyin tetbiq etdiyi sert rejimle bagli tenqidi yazilar oxuyuruq. Bu cur yazilarda Naxcivan Azerbaycandan ayri bir bolge kimi gosterilir. Oranin ferqli ve ozunemexsus qanunlarla idare olundugu deyilir. Naxcivan Bakidan uzaq oldugu, bele deyek ki, metbuata da o qeder aciq bir bolge olmadigi ucun bu xeberlerin realligi ne derecede eks etdirdiyini deqiq bilmirik. Hem bir millet vekili, hem de naxcivanli olaraq bu xeberleri nece deyerlendirirsiniz?

- Naxcivan da Azerbaycanin bir bolgesidir. Naxcivani Azerbaycandan elahidde tesevvur etmek mumkun deyil ve olmaz. Ancaq bezen Naxcivanda kiminse hebs olunmasi, huquqlarinin pozulmasi ile bagli xeberler de gelir. Men de bu xeberleri metbuatdan oxuyandan sonra derhal Naxcivanin muvafiq dovlet strukturlari ile elaqe saxlayiram. Mesele ile maraqlaniram, esasini oyrenmeye calisiram. Naxcivanda olan her hansi bir meselenin metbuatda ferqli formada teqdim edilmesi ve sert tenqid olunmasi metbuatla isleyen bezi sexslerin Naxcivan rehberliyine qarsi neqativ munasibetinden ireli gelir. Bu cur xeberlerde problemi ferqli sekilde qabartmaqla informasiyadan daha cox Naxcivana qarsi kampaniya aparmaq meqsedi gudulur. Bu faktor muhum rol oynayir. Naxcivanda bas veren ekser hadiseler Azerbaycanin butun bolgelerinde bas verir. Ancaq metbuat hadiselere eyni sekilde yanasmir.

Meselen, Naxcivanda nece insan hebs olunub ve onlar beynelxalq insan haqlari teskilatlari terefinden siyasi mehbus hesab olunub? Ve ya onlara omurluk azadliqdan mehrumetme cezalari verilib? Bunlarin statistikasina baxaq, Azerbaycanin diger bolgeleri ile muqayise edek. Ancaq metbuatda bunun eks-sedasina baxanda ferqli menzere gorursen.

Sexsen men bezi metbuat orqanlarinda yayilan melumatlari - guya Naxcivanda hansisa eksperimentlerin kecirilmesi, daha sonra bunun diger bolgelerde de tetbiq olunmasi kimi xeberleri bezi sexslerin texeyyulunun mehsulu sayiram. Bunlarin hec bir ciddi esasi yoxdur.

- Milli Meclisdeki cixislariniza nezer yetirdikde sizi aktiv deputatlardan biri saymaq olar. Cemiyyetdeki umumi problemlerle bagli tenqidi cixislariniz cox olur. Bezense bu fikirleriniz diger hemkarlariniz terefinden qebul olunmur...

- Calisiram ki, realliqlari nezere alaraq olkemizin problemlerini, onlarin helli yollarini ictimaiyyete catdirim. Ancaq Milli Meclisde bezi insanlar var, onlar sanki gozleyir ki, Qudret Hesenquliyev nese desin, onlar da bunun eksini soylesin. Bele xesteliye tutulmus adamlar var. Ancaq men hemise sozun duzunu demeye calismisam.

Milli Meclisde iqtisadi meselelerle bagli cixislarim olub. Islahatlarin aparilmasi ile bagli teklifler vermisem.

Azerbaycanda ilk defe olaraq siyasi sistemin inkisafi ucun parlamentli respublikaya kecid meselesini gundeme getirmisik. Bu layihenin teqdimatini 2007-ci ilde siyasi partiyalarin istiraki ile etmisdik. Calisiriq ki, iqtidar bunu desteklesin ve parlamentli respublikaya kecek.

Sehiyyenin veziyyeti ile bagli cixislarim olub. Sehiyyede islahatlar sonadek aparilmir, icbari tibbi sigorta tetbiq olunmur. Nazirin istiraki ile kecirilen iclaslarda da bildirmisem ki, sehiyye ocaqlari niye ozellesdirilmir ki, hekimler de normal maas alsin.

Esas meselelerden biri de Bakinin hedden artiq yuklenmesidir. Butun bolgelerden insanlar Bakiya axisir. Hami calisir ki, oz biznesini, isini Bakida qursun. Baki ve Sumqayitda vergi guzestleri nezerde tutulan senaye parklari yaradilib. Defelerle demisem ki, bu, yanlis siyasetdir. Bu cur vergi guzestleri esasen rayonlar ucun nezerde tutulmalidir ki, is adamlari Bakidan rayonlara axissin. Rayonlar inkisaf etsin, yeni is yerleri acilsin.

Ancaq teessuf ki, bu tekliflerimiz hele qebul olunmur ve konkret addimlar atilmir. Ancaq inaniram ki, zaman kecdikce iqtidar da ferqinde olacaq ki, bu islahatlari aparmadan olkemizi ireli aparmaq mumkun olmayacq.

-Tehsildeki veziyyeti de tenqid edirsiniz. Son cixislarinizin birinde dovlet universitetlerinin ozellesdirilmesi teklifi ile cixis etmisdiniz…

-Tehsilin veziyyeti berbaddir. Sovet tehsil sistemini sikest etdik. Turkiyeden sadece olaraq test usulunu goturduk. Bu yarimciq islahat da tehsilmizi mehv etdi. Genclerimizin beyni ezbercilik istiqametinde formalasib. Onlar muellimle uzbeuz oturub cavab vermek praktikasina yiyelenmir.

Orta mektebi bitirenler ucun vahid test sistemi tetbiq olunmalidir. Hazirda bizde bir anormalliq var. Telebe Qebulu uzre Dovlet Komissiyasi bir mektebi bitirende, bir de universitete sened verende imtahan kecirir. Olmazmi ki, bu imtahan bir defe olsun ve sagirdler butun fenlerden imtahan versin? Bu zaman sagirdler mecbur olub butun fenleri oxuyacaq ve repetitor yanina getmeyecek. Universitete butun buraxilis imtahanlarinin neticelerine gore qebul kecirilmelidir. Butun dunyada beledir.

Bizde hokumet calisir ki, her kesi idare etsin. Dovlet universiteti olanda orada calisan muellimlerin dovletden asililigi yaranir. Muellimlere az maas vermekle onlari mueyyen qanunsuzluqlara sovq edirler. Muellimler, professorlar ailelerini dolandirmaq ucun sagirdlerden pul alir. Bu da onlari gozukolgeli edir. Bu, ciddi problemdir. Dunya universitetlerinin ilk 200-luk siyahisina baxaq. Orada birce dene de dovlet universiteti yoxdur. Inkisaf etmis Avropa xalqlarinin kecdiyi yol var. Biz de o yolla getmeliyik. Onlar bunu tecrubeden kecirib. Universitetleri ozellesdirmeliyik ki, dovlet yukden azad olsun. Dovlet de ali mekteblere ayirdigi vesaiti orta mekteblere yoneltsin. Muellimler 140 manat yox, 1400 manat maas alsin. Onlarin repetitor olmaga ehtiyaclari qalmasin. Professorlara daha yuksek mevacib verilsin.

- Bes imkansiz ailelerin ovladlari? Onlar ozel universitetlerde nece tehsil alacaq?

- Onlar ucun de tehsil kreditleri verilmelidir. Imkani olmayan ailenin ovladi tehsil haqqinda arayisi banka teqdim etdiyi anda ona derhal kredit verilmelidir. Hem de uzun muddete. Bezi olkelerde bu kreditler hetta faizsiz verilir. Kredit goturen telebe basa dusur ki, bu borcu qaytarmaq ucun yaxsi is tapmaga, yaxsi is tapmaq ucun de yaxsi mutexessis olmaga calismalidir. Bu da elave stimul verir ki, o, ixstisasini, pesesini yaxsi oyrensin.

Universitetler ozellesdirilse, dovlete vergi verecekler. Dovlet hem gelir vergisi alacaq, hem de yukden azad olacaq. Bunu heyata kecirmek asandir. Sadece olaraq niyyet lazimdir.

- Son cixislarinizda cemiyyetin en ciddi problemlerinden, belalarindan olan merc oyunlarina toxundunuz. Onlarin qadagan edilmesini teklif etdiniz. Uzun muddetdir bu mesele haqda fikirler bildirilir. Ancaq hansisa netice yoxdur...

-Bu haqda bir nece defe cixis etmisem. Umumiyyetle, qumar oyunlarinin olmasi yaxsi hal deyil. Bezi inkisaf etmis olkelerde bu cur oyunlara icaze verilib. ABS-in bir nece statinda qumara icaze var. Elave gelir menbeyi olmayan olkeler de qumar oyunlarina resmen icaze verir. Bele olkelerden biri de Gurcustandir. Meselen, Rusiyada da 4 vilayetde bele qumarxanalara icaze var. Azerbaycanda “Topaz”in ve diger merc oyunlarinin olmasini bununla esaslandirirlar ki, idman bundan xeyir gorecek. Bu isden sadece olaraq gencler ve idman nazirinin de dediyi kimi, idmana 4 faiz gelir gelir. Qalan mebleg ise bunu teskil eden sexslerin cibine gedir. Bu oyunlarin neticesinde gencler, aileler mehv olur. Bu da idmana vurulan ziyan.

Merhum prezident Heyder Eliyev Azerbaycanda qumar oyunlarini legv elemisdi. Biz hem de muselman olkesiyik. Islam da qumari lenetleyir ve qadagan edir. Bu 4 faizlik qazanca gore bu qeder genci, aileni mehv etmek olmaz.

Bezen deyirler ki, bu oyunlar leqallasdirilmadan da qara bazarda oynanilirdi. Bununla da mesgul olmaq ucun muvafiq dovlet orqanlari var. Bu islerle mesgul olanlarin saxlanilib cinayet mesuliyyetine celb olunmasini temin etmelidirler.

- Dediniz bezi deputatlar sizin fikrinizin eksini demek ucun meqam gozleyir. Biz de musahide edirik ki, bezi deputatlar sanki tekliflerin eksini demek ucun parlamentde otururlar. Umumiyyetle danismayan, iclaslara gelmeyen, fealiyyetinden xebersiz oldugumuz deputatlar var. Niye beledir?

-Parlamentde olan deputatlarin hem siyasi, hem de qanunvericilik sahesindeki tecrubesi eyni seviyyede deyil. Bezileri biznesden gelib, tezedir. Bezileri uzun muddetdir biznesden gelse de artiq kifayet qeder tecrube toplaya bilib. Eleleri var ki, yenidir. Bezi deputatlar parlamentde uzun muddetdir calisir, tecrubeleri var, ancaq xarakterlerinde naqislikler var. Elesi var ki, icki aludecisidir ve s. Buna baxmayaraq onlari secicileri secib. Her seckide Milli Meclisin terkibinde deyisiklik olur. Bu da onu gosterir ki, bezi sexsler ikinci muddete secile bilmir. Bu da onlarin fealiyyetsiliyi, xarakterleri ve noqsanlari ile bagli olur. Butun hallarda en dogru secimi seciciler ve siyasi partiyalar etmelidir. Coxpartiyali sistemi inkisaf etdirmeyin, parlamente hemin tecrubesiz, zeif deputatlarin dusmesinin qarsisini almagin yolu proposional secki sistemine keciddir. O halda partiyalar calisacaq ki, daha tecrubeli, siyasi baximdan hazirliqli insanlari parlamente gondersinler.

-Parlament seckilerine hazirliga ne zaman baslayacaqsiniz?

-Kimse ola biler ki, parlament seckileri qabagi tebligat kampaniyasi aparmaga ehtiyac duysun. Ancaq dusunurem ki, bu fealiyyetim menim tebligatim ucun yeterlidir. Secicilerimin ekseriyyeti onun ferqindedir ki, movcud realliqlar cercivesinde onlarin secdiyi bir millet vekili ne ede biler. Menden evvel de hemin daireden namizedler secilib. Onlarin fealiyyetine kolge salmaq istemirem. Hemise calismisam ki, secildiyim regionun problemlerini qaldirim, onlarin helline calisim, hem de Azerbaycanin umumi maraqlari namine cixis edim. Dusunurem ki, novbeti seckilerde de secicilerim fealiyyetimi nezere alarlar.

- Yeni fealiyyetinizden razisiniz...

-Insan isi ile hec vaxt qane olmamalidir. Calismaq lazimdir ki, daha cox nelerse edesen. Men de movcud sertler cercivesinde is gormeye calismisam. Fealiyyetimi daha da tekmillesdirmeye calisiram. Bu isde tecrube cox onemlidir. Hem beynelxalq teskilatlardaki 10 illik tecrubem, hem olke daxilinde topladigim tecrube, hem 13 illik deputatliq tecrubem, hem de partiya sedri olaraq siyasi tecrubem imkan verecek ki, qarsidaki illerde oz bilik ve bacarigimdan xalqim ucun istifade edim. Yasim da buna imkan verir. Ancaq yene de son soz secicilerin olacaq. Umid edirem ki, onlar meni destekleyecek.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR