"Türk Hava Yolları" uçuşları ləğv etməkdə davam edir

"Türk Hava Yolları" uçuşları ləğv etməkdə davam edir
14:18 20 Fevral 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Fevralın 20-də "Türk Hava Yolları” aviaşirkətinin ləğv etdiyi daxili və beynəlxalq reyslərin sayı 68-ə çatıb. Bu barədə Trend cümə günü Anadolu agentliyinə istinadən xəbər verir.

Uçuşların təxirə salınmasına səbəb İstanbulda yağan güclü qar olub.

Türkiyə KİV-in məlumatına görə, ölkədə pis hava şəraiti ilə əlaqədar təqribən 800-dən çox daxili və beynəlxalq aviareys təxirə salınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2366456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR