Yanvarda sənaye məhsulu istehsalı 1,4 faiz artıb

Yanvarda sənaye məhsulu istehsalı 1,4 faiz artıb
14:18 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Bu ilin yanvarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər 1,8 milyard manatlıq, yaxud 2014-cü ilin müvafiq dövründə olduğundan 1,4 faiz çox sənaye məhsulu istehsal ediblər. Məhsul istehsalı sənayenin mədənçıxarma bölməsində 4,4 faiz, o cümlədən neft hasilatı 2,1 faiz, əmtəəlik qaz hasilatı isə 7 faiz artıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq sənaye məhsulunun 58,1 faizi mədənçıxarma bölməsində, 30,2 faizi emal bölməsində, 10,7 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 8 faiz, kimya sənayesi məhsulları istehsalı 33,7 faiz, rezin və plastmas məmulatların istehsalı 19,3 faiz, hazır metal məmulatların istehsalı 2,7 faiz, tikinti materialları istehsalı 54,8 faiz, elektrik avadanlıqlarının istehsalı 85,2 faiz, avtomobil və qoşquların istehsalı 10,5 dəfə, sair nəqliyyat vasitələri istehsalı 74,3 faiz artıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvarda_senaye_mehsulu_istehsali_14_faiz_artib-833629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR