Lənkəranda evdə tiryəkxana aşkar edilib

Lənkəranda evdə tiryəkxana aşkar edilib
14:18 20 Fevral 2015
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Lənkəran şəhər sakininin evində tiryəkxana saxlaması müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Zaur Əliyevin evində tiryəkxana saxlaması müəyyən edilib.

Evə baxış zamanı 40,918 qram tiryək, 9,895 qram heroin, 0,019 qram heroin məhlulu, 0,392 qram metofetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR