Putin ingilisləri qorxutdu

Putin ingilisləri qorxutdu
14:26 20 Fevral 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyaya məxsus iki rus bombardmançı təyyarəsi neytral sular üzərindən uçaraq Böyük Britaniya hava məkanına yaxınlaşıb.

ANS PRESS-in məlumatına görə, bu barədə CNN Britaniya Hava Qüvvələrinə istinadla bildirib.

Xəbərdə deyilir ki, ötən gecə baş verən hadisədən dərhal sonra İngiltərədən ehtiyat tədbirləri görülüb. Belə ki, ingilis təyyarələri buna cavab olaraq havaya qalxıb və bombardmançıları ərazidən uzaqlaşanadək onları müşayiət ediblər.

NATO bununla bağlı bildirib ki, son vaxtlar Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinin sərhədlərinə yaxın manevrləri artıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=327210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR