Üç ölkənin İKT şirkətləri bir araya gələcək

Üç ölkənin İKT şirkətləri bir araya gələcək
14:31 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Türkiyə və Gürcüstanın  bir sıra sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyalarında fəaliyyət göstərən şirkətləri bir araya gələcək.

 
Belə ki, gələn ayın 6-da Gürcüstan Respublikasının Batumi şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək. Sözügedən üçtərəfli biznes forumu İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə təşkil ediləcək.
 
Bu barədə “ICTnews” xəbər xidmətinə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat verilib. Konfederasiyadan bildirilib ki, forumda İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Türkiyənin İqtisadiyyat naziri Nihad Zeybekçi, Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, digər rəsmilərin və iş adamlarının iştirakı gözlənilir.
 
 
Azərbaycanda fəaliyyət göstərən şirkət rəhbərlərinin dəvət olunduğu tədbirdə bir sıra yeni sahələr, informasiya texnologiyaları, bazarın tələbləri, ortaq layihə mövzuları, istehsal və ixrac potensialı və sair istiqamətdə müzakirələr aparılacaq, fikirlər bildiriləcək.
 
 
Şirkət rəhbərlərinin Azərbaycan nümayəndə heyətinin tərkibində Batumi şəhərinə səfərdə iştirak edəcəyi təqdirdə təmsil etdiyi şirkət haqqında, adı, soyadı və digər məlumatları qısa müddət ərzində ASK-ya bildirmələri vacibdir.
Qeyd edək ki, forumda iştirak ödənişlidir.
 
 
SEYMUR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35447-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR