Tovuzda fahişəxana saxlayan qadın tutuldu

Tovuzda fahişəxana saxlayan qadın tutuldu
14:36 20 Fevral 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Tovuzda fahişəxana aşkarlanıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Tahirə Allahverdiyeva saxlanılıb.

Onun şəhər ərazisindəki çayxanasında əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.

Qeyd edək ki, dünən xarici qadınları Bakıya gətirərək onları fahişəliyə məcbur edən şəxslər yaxalanıblar.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə əməliyyat İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri zamanı Ağdam rayon sakini Elnur Rafiqov Özbəkistan vətəndaşı olan qadınları cinsi istismara məruz qoyması məlum olub. O, həmin qadınların intim xidmətlərindən aldıqları qazancları mənimsəyirmiş.

Əməliyyat zamanı Elnur Rafiqov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Digər əməliyyat zamanı Türkmənistan qızlarını fahişəliyə vadan edən şəxs saxlanılıb. Belə ki, Türkmənistan vətəndaşı Enejan Bayramdurduyevanın gəlir əldə etmək məqsədi ilə paytaxtın Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=327214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR