"Azərbaycan xalqından, ən əsası, Elnurdan üzr istəyəcəksiniz"

"Azərbaycan xalqından, ən əsası, Elnurdan üzr istəyəcəksiniz"
14:37 20 Fevral 2015
166 Şou
Ölkə mətbuatı
A- A+

Sevilən aktrisa Məlahət Abbasova yaman qəzəblənib.

ATVxəbər.az məlumat verir ki, aktrisa Elnuru itlə müqayisə edən “Radikal” qəzetinin köşə yazarı Bülent Erişi ağ yuyub, qara sərib. Radikal qəzetindəki yazıya münasibət bildirən aktrisa belə deyib:

"Elnur Hüseynovun “O ses Turkiye”də birinci olması, görünür, bəzilərini yaman narahat edib. Belə olmasaydı, faşist mövqeli yazılarını manşet etməzdilər (“Radikal” Bülent Eriş). Bu faşizm mövqeyindən yazılan bir yazıdır. 24 ildir ki, Türkiyədə yaşayan bir azərbaycanlı olaraq avam, cılız, yekəxana, qısqanc, ayrı-seçkilik dərəcəsində yazılan bu yazı məni çox kədərləndirdi. Ağlıma Azərbaycanın 2011-ci ildə “Eurovision”un birincisi olduğunda Nigar Camalın səhnəyə əlində Türkiyə bayrağı ilə çıxdığında təsirləndiyimdən ağlamağım düşdü. Bütün Azərbaycan xalqı Nigarın bu hərəkətini alqışla qarşılamışdı. Hətta TRT-nin diktoru canlı efirdə bu hadisədən necə təsirlənmişdisə, ağlamışdı. Bunu da bütün dünya izləmişdi. O zaman Azərbaycan Bülent Erişin indi “Elnurdan mənə nə?” yazdığı kimi “Türklərdan bizə nə?” demədi. Nə oldu, axı siz humanist idiniz? Bir erməni öldürüldüyündə, “Hamımız erməniyik” pankartı ilə küçələrə tökülürsünüz. Amma bir azərbaycanlının sənətsevər türk xalqının səsi ilə birinci olmasını həzm edə bilmirsiniz…

Bu yarış beynəlxalq xarakteri daşımadığı üçün Elnur türk xalqının göndərdiyi səsvermə ilə birinci oldu. Onu türk xalqı birinci etdi. Onun birinciliyini Ebru Gündeşə, Rza Zərraba, “dərin dövlət” hesab etdiyiniz Acuna bağlamağınız gülüncdür. Elnurun birinci olmasını yarışmada nə zamansa birinci olan Maks adlı itlə müqayisə edirsiniz. Sizin sənətə və sənətçiyə verdiyiniz dəyər budurmu? Belə çıxır ki, Meryem Üzerliden, Karolindən, Kokodan tutmuş, ölkə xaricindən gəlib burada aktyor kimi fəaliyyət göstərən Mehmet Günsür, Kerem Bursindən, futbol komandalarına pul ilə alınan və türk futbol komandalarına birincilik gətirən əcnəbi oyunçular üçün də eyni şeyi düşünürsünüz? Bir sənət adamını köpəklə eyni tutmaq nə deməkdir?

Bu yazınızla Azərbaycan xalqını, Elnura səs verən türk xalqını yaraladığınızın fərqində deyilsiniz? Xainsiniz, özündənrazı, ayrı-seçkilik qoyan və faşistsiniz! 24 ildir Türkiyədəyəm. Bu illər ərzində gözəl insanların sayəsində çox gözəl bir mərtəbədəyəm. Ailəm hesab etdiyim İstanbul şəhər Bələdiyyə Teatrındayam. Şükür ki, sizin kimi faşizmi aşılayan, bu düşüncədə olan insanlar azdır. Yoxsa Türkiyəni ikinci vətəni görən bizlərin işi çox çətin olardı… Bu avam, faşist düşüncəsi, məntiqi ilə yazılan yazınızdan dolayı türk xalqından, Azərbaycan xalqından, ən əsası, möhtəşəm səsi ilə birinciliyi halallıqla qazanan Elnurdan üzr istəyəcəksiniz”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/325726.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR