Bərdədə ev yanıb, xəsarət alan var

Bərdədə ev yanıb, xəsarət alan var
12:38 2 Yanvar 2015
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Bərdədə ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 24 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.

Yanğın zamanı ev sahibinin oğlu yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR