Azərbaycan səfiri İndoneziya Xalq Məşvərət Şurası sədrinin müavini ilə görüşüb

Azərbaycan səfiri İndoneziya Xalq Məşvərət Şurası sədrinin müavini ilə görüşüb
14:47 20 Fevral 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 14:41 ]


Bakı – APA. Azərbaycanın İndoneziya, Timur Leste, Filippin və Sinqapurdakı səfiri Tamerlan Qarayev İndoneziyanın Xalq Məşvərət Şurası sədrinin müavini Hidayət Nur Vahidlə görüşüb.

 

Azərbaycanın İndoneziyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələr, İslam tarixində və ədəbiyyatında Azərbaycanın rolu müzakirə olunub, dahi Azərbaycan alim və mütəfəkkirləri haqqında söz açılıb.

 

Səfir T. Qarayev hazırkı dövrdə islam dünyasının və müsəlmanların üzləşdiyi çətinliklər, müsəlmanlara qarşı törədilən cinayətlər, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı və çox saylı terror aktları haqqında məlumat verib. Diplomat həmçinin İslam ölkələri Parlament İttifaqının Xocalı soyqırımının tanınmasına dair 2012-ci ildə İndoneziyanın Palembanq şəhərində qəbul etdiyi qətnamə, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Ermənistana qarşı ciddi sanksiyaların həyata keçirilməsinə dair 2014-cü ildə Ciddədə qəbul etdiyi qətnaməni xatırladıb.

 

T. Qarayev həmçinin 2013-cü ildə İndoneziya Nümayəndələr Palatasının sabiq sədri Marzuki Əlinin çıxışı zamanı Ermənistan Azərbaycana qarşı təcavüzü davam etdirdiyi müddət ərzində bu ölkədə İndoneziya səfirliyinin, eləcə də İndoneziyada Ermənistan səfirliyinin açılmasına parlament tərəfindən icazə verilməyəcəyini bəyan etməsinə baxmayaraq, ondan sonra Cakartada Ermənistan səfirliyinin açılmasının anlaşılmaz olduğunu qeyd edib.

 

H. Vahid isə İƏT-in qeyd olunan qətnamələrdən xəbərdar olduğunu,  Xocalı soyqırımının parlament tərəfindən tanınmasına və İndoneziya hökuməti tərəfindən Ermənistana qarşı siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasına çalışacağını qeyd edib. H. Vahid həmçinin M. Əlinin bəyanatına baxmayaraq Cakartada Ermənistan səfirliyinin açılması məsələsini yuxarıda qeyd olunan hər iki mövzu ilə birgə Nümayəndələr Palatasının sədri Setyo Novanto, parlamentin xarici əlaqələr üzrə I komissiyanın sədri M. Sıddıq ilə şəxsən müzakirə edəcəyini və həmin görüşlərə Azərbaycan səfirini dəvət edəcəyini bildirib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR