Bakı, 20 fevral, AzərTAc
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft dağılmalarının xəbərdarlığı və ləğvi planı”na əsasən qazma işləri aparılan 418 A saylı meydançada neft və neft məhsulları dağılmalarının aradan qaldırılması məqsədilə təlim-məşq keçirilib.
SOCAR-dan AzərTAc-a bildirilib ki, təlim-məşq zamanı meydançada olan işçi heyətə neft dağılmalarının təsnifatı, onların aradan qaldırılma yolları barədə xüsusi bukletlər paylanılıb.
Məşq zamanı neft çəninin əlaqələndirici xətlərində birinci səviyyəli neft dağılmasının aradan qaldırılması işlərində dağılmış neftin toplanılması məqsədilə xüsusi hopdurucu maddələrdən (sorbentlərdən) istifadə olunub. Həmin hopdurucu maddələrin tərkibi və xassələri barədə işçi heyət məlumatlandırılıb.
Təlim-məşqlərin davamlı olaraq qazma işləri aparılan digər özül və meydançalarda da təşkili nəzərdə tutulub.