Azərbaycanlı müğənni dostları üçün bunu etdi

Azərbaycanlı müğənni dostları üçün bunu etdi
14:49 20 Fevral 2015
226 Şou
Ölkə mətbuatı
A- A+

 

Müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri Azər Şirin, musiqisi Zaur Zeynala məxsus "Dostum" adlı mahnını lentə aldırıb: “Müğənninin işi oxumaq, yeni mahnılar yazdırmaqdır. Mən də payıma düşəni etməyə çalışıram. Daim yeni mahnılar yazdırıram. Repertuarımda ən çox lirik mahnılar yer alıb. Amma bununla yanaşı, ritmik bəstələr də ifa etmişəm. Bu gün təqdim etdiyim mahnı dostluğa aiddir. Sadiq, duz-çörəyi itirməyən dostlara həsr edilib. İndiki dövrdə yaxşı, dürüst dost qazanmaq çətin məsələdir. Zaman-zaman duz-çörəyimi itirən insanlar da olub. Pis insanları unudub, yaxşı dostların dəyərini bilmək lazımdır. Elə bu mahnımı dostlarımın şərəfinə ifa etmişəm. Mahnının da seviləcəyinə inanıram”.

 

 N.Salaminin sözlərinə görə,  “Dostum” adlı bəstəyə klip çəkilişləri də nəzərdə tutub.

 

 

N.Salaminin ifasında olan “Dostum” adlı bəstəni təqdim edirik.

 









Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR