Mundialın finalçısı Azərbaycandan təklif alıb

Mundialın finalçısı Azərbaycandan təklif alıb
14:52 20 Fevral 2015
79 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya millisinin sabiq futbolçusu Demi de Zeuv Azərbaycan klublarının maraq dairəsində olub. Apasport.az saytının məlumatına görə, bunu 32 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.
 
Heyətində 27 oyun keçirdiyi milli ilə DÇ-2010-un finalçısı olan Zeuv bildirib ki, qışda bir çox ölkələrdən təklif alıb. Bunadək 8 ay klubsuz qalan hollandiyalı seçim etməkdə çətinlik çəksə də, sonda vətənində qalmağa üstünlük verib: “Qazaxıstan, Azərbaycan və Tailanddan da təkliflər var idi. Hətta ABŞ klublarından birinə keçidim mümkün idi. Norveç təmsilçisi ilə də ilkin danışığımız olmuşdu. Lakin mən “Breda”nı seçdim. Göstərmək istəyirdim ki, hələ futbol oynaya bilərəm”.
 
Qeyd edək ki, karyerası ərzində “Qou Exed İqls”, “Alkmaar”, “Ayaks”, “Spartak” (Moskva), “Anderlext”də oynamış dayaq yarımmüdafiəçisi bu ayın əvvəlində “Breda” ilə anlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325729.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR