"Bəstəkarlar da, sənətkarlar da eşitsin..." - Niyaməddin Musayev əsəbiləşdi

"Bəstəkarlar da, sənətkarlar da eşitsin..." -  Niyaməddin Musayev əsəbiləşdi
14:56 20 Fevral 2015
112 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Niyaməddin Musayev maraqlı iddialar irəli sürüb.

Axşam.az-ın məlumatına görə, əsəbiləşən müğənni estradanın banisi özü olduğunu deyib:

“Milli estradanın banisi mənəm. Hamı bunu bilsin. Bəstəkarlar da, sənətkarlar da, gənclər də bunu eşitsin. Azərbaycanda məndən sonra milli estrada yarandı. Rusiyada da bir vaxtlar estrada bərbad idi. Alla Puqaçovanın mahnılarından sonra orada da estrada sənəti inkişaf etdi. Elə adamlar var ki, irad qəbul etmirlər. Nəsə məsləhət verəndə, peşman olursan ki, niyə ona bu sözü dedim. Sonra da yaşlı nəslin gənclərə yol göstərmədiyi deyilir".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR