Maraqlı təklif: sabah hamı milli geyimdə olacaq

14:58 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Fevralın 21-də 28 MALL ticarət mərkəzinin 4-cü mərtəbəsində II Mövsümi turizm Yarmarkası keçiriləcək.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyasıının təqdim etdiyi və 8 saat davam edəcək bu böyük tədbir proqramına Mirzə Ələkbər Sabir Fondu maraqlı bir təkliflə qatılıb.

Dahi şairin adını daşıyan Fondun təklifi ilə mənəvi dəyərlərimizin daha bir gözəl nümunəsi olan milli geyimimizin təbliği də qeyd edilən tədbirin mövzuları sırasına daxil edilib.

Fondun prezidenti Sevda Tahirlinin verdiyi məlumata görə, təşkilatçıların və dəvət almış qonaqların da milli geyimdə qatılacaqları bu tədbirin əsas məqsədi milli geyimimizin təbliği, cəmiyyətimizin, xüsusilə də gənclərimizin milli dəyərlərimizə bağlılığının möhkəmlənməsi, ona sevgisinin daha da dərinləşməsini aşılamağa xidmət edir.

7 təqdimat blokundan ibarət olan sabahkı tədbirin 1 saatlıq bloku Mirzə ƏIəkbər Sabir fondu üçün ayrılıb. Bu blokda milli dilimiz və milli geyimimizlə bağlı söhbətlər ediləcək, müxtəlif musiqi nömrələri təqdim olunacaq, ana dilimizlə bağlı müsabiqələr, əyləncəli viktorinalar keçiriləcək, qaliblər mükafatlandırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2366476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR