Nazir vətəndaşlarla görüşdü (FOTO)

Nazir vətəndaşlarla görüşdü (FOTO)
15:01 20 Fevral 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergilər naziri Fazil Məmmədov Hacıqabulda vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, növbəti belə qəbul fevral ayının 20-də vergilər naziri Fazil Məmmədov tərəfindən Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət xərkəzində Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşlar üçün keçirilib.

Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər müraciətlərə baxılıb.

Həmçinin, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı da vətəndaşların müraciətləri qeydə alınıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunmuş, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR