Azərbaycan yığması FİFA reytinq siyahısında geriləyəcək

15:02 20 Fevral 2015
45 İdman
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 14:58 ]


Bakı – APA. Azərbaycan millisini FİFA reytinqində növbəti eniş gözləyir. Apasport.az saytının məlumatına görə, ilkin hesablamalara əsasən, martın 12-də açıqlanacaq növbəti siyahıda yığmamızın 138-ci olacaq.

 

FİFA-nın ötən həftə dərc etdiyi son cədvəldə 222 xalla 131-ci olan Robert Prosineçkinin yetirmələri 28 gün ərzində heç bir rəsmi matça çıxmasa da, 25 xal itirəcək. Düzdü, fevralın 24-də futbolçularımızı Ukrayna “Şaxtyor”u ilə sınaq gözləyir. Lakin Türkiyənin Antalya şəhərindəki yoxlama oyunu qeyri-rəsmi status daşıdığından nəticəsi də reytinqdə əksini tapmayacaq.

 

Hesabı 198 xala enəcək komandamız bu üzdən də 7 pillə geriləyəcək. Əfqanıstan, Qazaxıstan, Qvineya-Bissau, Yeni Zelandiya, Maldiv adaları, Sent-Lusiya, Aruba, Filippin, Vyetnam kimi ölkələrin komandaları da yığmamızı keçəcək. Daha böyük uğursuzluq yaşayan Fələstin və Livan isə bizdən öndəki mövqelərini əldən verəcək. Nəticədə 2 millini keçib, 9-dan geri düşən komandamız ümumilikdə 7 pillə itirəcək.

 

Dünya reytinqində 138-ci olmaq Azərbaycan futbolu üçün son 5 il 6 ayda ən zəif nəticədi. Komandamız sonuncu dəfə 2009-cu ilin sentyabrında belə aşağı yuvarlanmışdı. Həmin vaxt FİFA reytinqində 139-cu idik.

 

Qeyd edək ki, Almaniyanın 1770 xalla başçılıq etdiyi cədvəlin ilk 9 pilləsində heç bir dəyişiklik olmayacaq. 10-cu yerdə isə 2 pillə irəliləyən İtaliya millisi olacaq. AVRO-2016-nın seçmə mərhələsindəki rəqibimiz ilk “onluq”dan İspaniyanı kənarlaşdıracaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR