Azərbaycan Müəllimlər İnstitutunda “Həyatla oyun” tamaşası nümayiş olunub

Azərbaycan Müəllimlər İnstitutunda “Həyatla oyun” tamaşası nümayiş olunub
15:03 20 Fevral 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Həyatla oyun” tamaşası nümayiş olunub. Nərimanov Rayon Gənclər və İdman İdarəsi ilə birgə keçirilən tədbirdə bu rayondakı ali və orta ixtisas məktəblərin tələbələri iştirak ediblər.
İnstitutdan AzərTAc-a bildiriblər ki, Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilib. Tamaşa Proqramın icrası ilə bağlı tədbirlər çərçivəsində, zərərli vərdişlərin profilaktikası ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə Bakı Uşaq Teatrının aktyorlarının iştirakı ilə hazırlanıb.
Tamaşadan əvvəl keçirilən tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, AMİ-nin tələbə gənclər təşkilatının sədri Əli Həsənov, Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan çıxış edərək ölkəmizdə gənclərin inkişafına geniş imkanların yaradılmasından, bununla yanaşı, bəzi gənclərin öz həyatlarını təhlükəyə atan düşünülməmiş addımlarından söz açıblar.
Diqqətə çatdırılıb ki, müvafiq dövlət qurumları və təhsil müəssisələri tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi faciələrin qarşısının alınmasında müstəsna rol oynayır.
Qeyd edək ki, İntiqam Soltanın quruluş verdiyi səhnə əsərində real həyatdan götürülmüş hadisələr əksini tapıb. Tamaşada narkotik aludəçisi olan tələbələrin faciəli həyatından söz açılır.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Muellimler_Institutunda_Heyatla_oyun_tamasasi_numayis_olunub-833642

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR