"Barselona" futbolçusuna 175 milyon qiymət qoydu

"Barselona" futbolçusuna 175 milyon qiymət qoydu
15:05 20 Fevral 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets komandası ilə yeni müqavilə imzalayıb. Apasport.az saytı xəbər verir ki, İspaniya millisinin üzvü klubu ilə anlaşmasının müddətini 2019-cu ilə qədər uzadıb.
 
Yeni sazişə görə, Busketsin illik maaşı bundan sonra 10 milyon avro təşkil edəcək. O, komandada Lionel Messi, Xavi ErnandesAndres İnyestadan sonra ən yüksək məvacib alan 4-cü oyunçu olacaq. 26 yaşlı dayaq yarımmüdafiəçisinin müqaviləsinə bənd də əlavə edilib. Həmin bənddə isə Busketsin transfer qiymətinin 175 milyon avro olduğu yazılıb.
 
Qeyd edək ki, Serxio Buskets bu mövsüm keçirdiyi 22 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR