“Tələbə-Məzun” məlumat bazasından vətəndaşlara “Elektron hökumət” portalı vasitəsilə arayışların verilməsi müzakirə edilib

“Tələbə-Məzun” məlumat bazasından vətəndaşlara “Elektron hökumət” portalı vasitəsilə arayışların verilməsi müzakirə edilib
15:06 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən idarə olunan “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminin məlumat bazasından vətəndaşlara “Elektron hökumət” portalı vasitəsilə arayışların verilməsi müzakirə edilib.
 
Müzakirələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin məsul şəxsləri ilə keçirilən görüşdə baş tutub. Görüşdə TQDK-nın aparat rəhbəri Nərminə Bayramova, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri Çingiz Xəlilov, Məlumat bazalarının aparılması və elektron arxivlə iş sektorunun müdiri Sahib Mərdanov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov, həmin qurumun şöbə müdiri İlqar Abdullayev və hüquq məsləhətçisi Aydın Əliyev iştirak edib.
 
Görüşdə Məlumat Hesablama Mərkəzi tərəfindən TQDK-nın informasiya sistemləri üzərində aparılmış monitorinqin nəticələri də geniş müzakirə olunub, həmçinin digər ümumi layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
 
 
Həqiqət İSABALAYEVA


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35449-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR