Bakıda partlayıcı qurğunun aşkar edilməsi ilə bağlı məlumat yalan çıxıb

15:07 20 Fevral 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 15:05 ]


Bakı. Hafiz Heydərov – APA. Bakıda partlayıcı qurğunun aşkar edilməsi ilə bağlı məlumat doğru çıxmayıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakının  Səbail rayonunda partlayıcı qurğu olması barədə məlumat daxil olub.

 

Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həmin ünvanda müvafiq təhlükəsizlik tədbirləri görüblər və axtarışlar aparıblar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR