Türkiyə Silahlı Qüvvələri Kabil aeroportunun idarəetməsini həyata keçirəcək

12:42 2 Yanvar 2015
103 Sosial
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 12:39 ]

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə Silahlı Qüvvələri Əfqanıstanın Kabil Beynəlxalq Hava limanının idarəetməsini həyata keçirəcək.

 

APA-nın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) fəaliyyətinin başa çatması və vəzifələrini yanvarın 1-dən Qərarlı Dəstək Missiyasına verməsi ilə əlaqədar olaraq Türkiyə bu ölkədə bir sıra tədbirlər həyata keçirəcək.

 

Bu çərçivədə Əfqanıstanda fəaliyyətini davam etdirəcək Türkiyə beynəlxalq ictimaiyyətlə birgə Kabildə asayişin təmin olunmasına qatılacaq. Türkiyə Silahlı Qüvvələrinin zabitləri Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri qərargahları və nazirliklərinə müşavir təyin ediləcək, əfqan xalqına səhiyyə xidməti göstəriləcək, həmçinin Əfqanıstan Silahlı Qüvvələrinin hərbi tədris müəssisələrinə personal dəstəyi veriləcək. Ümumilikdə Əfqanıstanda Türkiyə Silahlı Qüvvələrinin 1000 nəfər hərbçisi xidmət edəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR