"Azəryolservis" ASC peşə bayramını qeyd edib (FOTO)

"Azəryolservis" ASC peşə bayramını qeyd edib (FOTO)
15:18 20 Fevral 2015
184 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin kollektivi fevralın 20-də peşə bayramlarını qeyd etmişlər.

Bu münasibətlə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də nəqliyyat nazirinin müavinləri Musa Pənahov, Arif Əsgərov və "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədovun iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan nəqliyyat nazirinin müavini Musa Pənahov nəqliyyat nazirinin adından yol işçilərini təbrik etmiş, onlara əməli fəaliyyətində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, bu sahəyə ölkə başçısı cənab İlham Əliyev tərəfindən həmişə diqqət və qayğı göstərilimişdir. Bunun nəticəsidir ki, böyük tərəqqi,tikinti-quruculuq meydanına çevrilən yol təsərrüfatı son 11 ildə misilsiz uğurlar qazanmışdır. Nazir müavini Cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək diqqətə çatdırmışdır ki, ötən 11 il həqiqətən, yeni bir infrastrukturun yaradılması ilə nəticələnmişdir.

Sonra Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in sədr əvəzi Saleh Məmmədov avtomobil yol işçilərini peşə bayramı münasibətilə təbrik edərək nəqliyyat-yol kompleksinin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır. O bildirmişdir ki, ölkə başçısı cənab İlham tərəfindən yol təsərrüfatında aparılan abadlıq və quruculuq işlərinə verilən yüksək qiymət yol işçilərinin məsuliyyətini bir daha artırmışdır.

Tədbirdə bir neçə işçiyə Nəqliyyat Nazirliyinin və “Azəryolservis” ASC-in fəxri fərmanları təqdim olunmuşdur.

Tədbirin sonunda Cəmiyyətin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR