Bir qrup jurnalist “Siyezen Broyler” ASC ile tanis olub

15:18 20 Fevral 2015
337 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 20-də Azərbaycan Quşçular Cəmiyyətinin təşkilatçılığı ilə bir qrup jurnalist Siyəzən rayonunda “Siyəzən Broyler” ASC-nin fəaliyyəti ilə tanış olub.
Jurnalistlərə məlumat verilib ki, quşçuluq fabriki 1984-cü ildə istifadəyə verilib. 2000-ci ildən etibarən “Siyəzən Broyler” fabriki Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlayıb. 1500 nəfərə yaxın işçisi olan fabrikdə bir çox çeşiddə quş əti və yumurta istehsal olunur. Müəssisənin fəaliyyəti bütün sanitar, baytar və gigiyenik normalara cavab verməklə, müasir tələblərə və dünya standartlarına uyğun qurulub. İstehsal prosesində ən müasir avadanlıq istifadə olunur. Gündəlik istehsal olunan məhsul baytarlıq müayinəsindən keçməklə ona baytarlıq sertifikatı verilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bir_qrup_jurnalist_Siyezen_Broyler_ASC_ile_tanis_olub-833646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR