"Balotelli hörmətsizlik etdi"

"Balotelli hörmətsizlik etdi"
15:22 20 Fevral 2015
175 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un kapitanı Stiven Cerard "Beşiktaş"la oyunda vurulan yeganə qolun müəllifi Mario Balotellinin komanda yoldaşı ilə mübahisə etməsinə münasibət bildirib:
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Britaniya mətbuatına danışan Cerard penalti zərbəsini vurmaq uğrunda yaşanan kiçik mübahisə zamanı Balotellinin Cordan Hendersona hörmətsizlik etdiyini deyib:
 
"Balotelli Hendersona qarşı hörmətsizlik etdi. Penaltini Henderson vurmalı idi. Çünki o, komandanın kapitanı idi. Balotelliyə qol vurduğu üçün təşəkkür edirəm. Ancaq meydanda mübahisə edən futbolçuları sevmirəm. Düşünürəm ki, Henderson həmin epizodda doğru hərəkət etdi".
 
Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin "Beşiktaş"la ilk oyunun 85-ci dəqiqəsində penaltidən fərqlənən Balotelli komandasına minimal hesablı qələbə qazandırıb - 1:0.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR