Sığortaçılar üçün test imtahanı keçiriləcək

Sığortaçılar üçün test imtahanı keçiriləcək
15:23 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevralın 24-də və 27-də sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanı keçiriləcək.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) AzərTAc-a bildiriblər ki, sənədləri quruma tam təqdim olunmuş şəxslər fevralın 22-də DSNX-yə müraciət edərək imtahanda iştiraklarını təsdiqləməlidirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sigortachilar_uchun_test_imtahani_kechirilecek-833649

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR