Bakının mərkəzində kuryoz hadisə - bankdan 30 qəpik istədi, qovuldu

Bakının mərkəzində kuryoz hadisə - bankdan 30 qəpik istədi, qovuldu
15:24 20 Fevral 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Pul ala bilməyən şəxs banka bomba qoyulması ilə bağlı yalan məlumat verib

Bu gün Bakının mərkəzindəki banklardan birində partlayıcı qurğu olması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Lent.az-ın məlumatına görə, 102 qaynar telefon xəttinə Səbail rayonu, H.Z.Tağıyev küçəsi 3 ünvanında (Musiqili Teatrın yaxınlığı) yerləşən bankda partlayıcı olması ilə bağlı müraciət əsasında FHN-in müvafiq qurumları lazımi tədbirləri görüb. Lakin axtarışlar nəticəsində partlayıcı qurğu və ya şübhəli əşya aşkar edilməyib.

 

Araşdırmalar nəticəsində yalan məlumat verən şəxs müəyyən edilib. Bəlli olub ki, bu gün səhər saatlarında bir nəfər banka gəlib və qapıda dayanan polis əməkdaşına yaxınlaşaraq ondan 30 qəpik pul istəyib. Polis əməkdaşı həmin şəxsin istəyini yerinə yetirməyib və ofisdən uzaqlaşdırıb. Özünə qarşı edilən hərəkəti qəbul edə bilməyən şəxs dərhal hüquq-mühafizə orqanlarına zəng edərək banka bomba qoyulması ilə bağlı yalan məlumat verərək bankın normal fəaliyyətini pozub. Nəzarət kameralarının kadrlarının köməkliyi ilə yalan məlumat verən şəxsin məhz 30 qəpik istəyən adam olması müəyyən edilib və o, saxlanılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR