Ölüm şəhəri (FOTO 18+)

Ölüm şəhəri (FOTO 18+)
15:26 20 Fevral 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Şiddətli qarşıdurmaların yaşandığı Kobaninin dəhşətli görüntüləri yayımlanıb.

ANS PRESS-in məlumatına görə, şəhərdə ölən İŞİD yaraqlılarının cəsədləri xüsusi paltarlı və maskalı şəxslər tərəfindən toplanılır.

Cəsədlər yük maşınına yüklənərək şəhərdən kənardakı toplu bir məzara aparılır. Bölgədə zərər görməyən prospekt, məhəllə və ya küçə yoxdur.

Xarabaya dönən bölgədə çökən infrastruktur və əzilən nəqliyyat vasitələrinə şəhərin hər yerində rast gəlmək mümkündür.

Döyüşlərin izlərini daşıyan küçələrdə partlamamış bombalar və silah-sursatlar var. Qarşıdurmalar səbəbiylə Türkiyəyə sığınan və bir müddətdir evlərinə dönməyə başlayan Suriyalı kürdlər isə şəhərin yenidən inşası üçün çalışmağa başlayıblar.

Suriyalılar beynəlxalq yardım fondlarından dəstək gözləyirlər.































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR