Bəxtiyar Əliyev: "Ermənilərin xisləti həmişə saxta tarix düzəltməkdir"

Bəxtiyar Əliyev: "Ermənilərin xisləti həmişə saxta tarix düzəltməkdir"
15:28 20 Fevral 2015
434 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir Elçin Mehdiyev/

“Ermənilərin xisləti həmişə saxta tarix düzəltməkdir. Onlarda belə bir siyasət var ki, əvvəl olmayan bir şeyi yazırlar, yazdırırlar, danışırlar, sonra da onu tarixi həqiqət kimi qələmə verməyə çalışırlar”. Bu barədə Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev qondarma “Dağlıq Qarabağ respublikası”nın "Artsaxın dirçəliş günü"nü qeyd etməsinə münasibət bildirərkən deyib.

B.Əliyev qeyd edib ki, bütün bunların arxasında ermənilərin həmin çirkin siyasəti durur: “Amma fakt bundan ibarətdir ki, ermənilər Azərbaycan ərazilərini işğal edib, 10 minlərlə azərbaycanlını qətlə yetirib, Xocalı soyqrımını törədiblər. Qondarma bir qurumun “rəhbəri” qondarma “təbrik” edir. Bunlar saxta tarix düzəldirlər”.

Millət vəkili bildirib ki, ermənilər xəstə düşüncəli insanlardırlar: “Bunlara qarşı ancaq mübarizə aparmaq və bu cür xəstələri müalicə etmək, müalicə olunmayan yaranı isə ümumiyyətlə, kəsib atmaq lazımdır. Ermənilər Azərbaycanın torpaqlarını işğal ediblər. Zəngəzur da, Göyçə də, İrəvan da Azərbaycanın işğal olunmuş ərazisidir. Sadəcə olaraq ermənilər özlərinin saxta tarixini düzəldirlər”.

B.Əliyevin sözlərinə görə, təəssüf doğuran odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ermənilərin bu hərəkətlərini qınamaq əvəzinə Azərbaycana dözümlülük, barış təklif edirlər: “Azərbaycan heç kimə qarşı müharibə etməyib, Azərbaycana qarşı müharibə olub, Azərbaycan ərazisini ermənilər işğal ediblər, azərbaycanlılara qarşı soyqrım törədilib”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR