Niderlandın “The Holland Times” qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Niderlandın “The Holland Times” qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunub
15:32 20 Fevral 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 15:27 ]


Bakı – APA. Niderlandın nüfuzlu “The Holland Times” qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunub. APA-nın xəbərinə görə, məqalədə Xocalı soyqırımının tarixçəsi, ermənilər tərəfindən törədilmiş vəhşiliklər, bu dəhşətli soyqırımın dünyaya tanıtdırılması məqsədilə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası, eləcə də kampaniyanın gördüyü işlər haqqında məlumat verilir.


Yazıda “Xocalıya Ədalət” kampaniyasının bütün dünyada “Light a Fire to Fight the Liar” (Yalanla Mübarizə üçün Alov Yandır!”) şuarı altında müxtəlif tədbirlər keçirməsi, o cümlədən Xocalı faciəsinin insanlığa qarşı cinayət və soyqırım kimi tanınmasına çağıran petisiya hazırlaması qeyd edilərək, daha ətraflı məlumatın kampaniyanın internet səhifəsində (http://www.justiceforkhojaly.org) əldə oluna biləcəyi vurğulanır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373514

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR