Cəlilabad rayonunun Abdullu kəndinə təbii qazın verilişi bərpa olunub

Cəlilabad rayonunun Abdullu kəndinə təbii qazın verilişi bərpa olunub
15:38 20 Fevral 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 20-də Cəlilabad rayonunun Abdullu kəndinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
SOCAR-dan AzərTAc-a verilən məlumata görə,
111 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 9 min 465 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə 111 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabad_rayonunun_Abdullu_kendine_tebii_qazin_verilisi_berpa_olunub-833651

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR