Girovlar ekstradisiya edilə bilər (VİDEO)

Girovlar ekstradisiya edilə bilər (VİDEO)
15:51 20 Fevral 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın azərbaycanlı girovlarla bağlı ikili münasibətinə baş nazirin müavini Əli Həsənov da öz reaksiyasını bildirib.

ANS TV-nin məlumatına görə, jurnalistlərə müsahibəsində Əli Həsənov girovların qaytarılması məsələsində Rusiyanın da fəaliyyətsizliyini pisləyib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyi ilə maraqlanacağı barədə etdiyi açıqlamaya ötən gün Rəsmi Moskvadan cavab gəlib. Rusiyanın xarici işlər nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç jurnalistlərə açıqlamasında bildirib ki, nazir Sergey Lavrovun da dediyi kimi, bu məsələ ikitərəfli şəkildə erməni həmkarlarımızla müzakirə olunacaq.

Baş nazirin müavini Əli Həsənov isə bildirib ki, Azərbaycanlı girovlarla bağlı ikili münasibət var.

“Çox təssəüf edirik ki, erməni tərəfi heç bir razılığa gəlmir və gəlmək istəmir. Ona görə Rusiya tərəfinə həmin vətəndaşların buradakı nümayəndələri Rusiya prezidentinə müraciət etdilər. Dilqəm Rusiya vətəndaşdır. Şahbaz Quliyevin isə yoldaşı Rusiya vətəndaşdır. Yəni milliyətcə rusdurlar. Rusiya istəsə öz vətəndaşalarına sahıb çıxa bilər. Ektsradisiya məsələsini mən müzakirə etdim. Rusiya istəsə ekstaridisiyə tələbini qoya bilər”, - deyə Əli Həsənov bildirib.


Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=327234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR