Mənzildə daha bir qadın meyiti

Mənzildə daha bir qadın meyiti
12:48 2 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Bakıda mənzillərin birində 60 yaşlı qadın meyiti aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istiandən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1955-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən Ağamalıyeva Elmira Nağı qızı huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində E.Ağamalıyevanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:14-də başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2349494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR