5-ci mərtəbədən yıxılan qadından yeni xəbər (VİDEO)

5-ci mərtəbədən yıxılan qadından yeni xəbər (VİDEO)
15:56 20 Fevral 2015
213 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 5-ci mərtəbədən yığılaraq ağır xəsarət alan qadın palataya köçürülüb.

Bu barədə qadının müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasından ANS PRESS-ə bildirilib.

Verilən məlumata görə, hazırda qadının vəziyyəti stabil orta-ağırdır. Huşu özündədir. Lakin həyatı üçün təhlükə hələ də sovuşmayıb.

Qeyd edək ki, fevralın 16-da, saat 11 radələrində Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada yaşayan Lalə Bayramova ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb. Qadın bir müddət eyvandan sallanıb. Onun həyat yoldaşı qadına kömək etmək istəsə də, buna nail ola bilməyib. Hündürlükdən yıxılan qadın ilk əvvəl özəl klinikalardan birinə aparılıb.

Lakin sonradan qadın 3 saylı Sabunçu xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Fevralıın 17-si, səhər saatlarında isə qadını Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə aparıblar.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR