Azərbaycanlı müğənni Salman Xanla görüşüb

Azərbaycanlı müğənni Salman Xanla görüşüb
16:01 20 Fevral 2015
117 Şou
Ölkə mətbuatı
A- A+

Hindistandan yeni qayıdan müğənni İlhamə Qasımova təəssüratlarını bölüşüb.

Bu haqda Axşam.az-a danışan sənətçi orada 40 gün qaldığını deyib:

“Səfər zamanı ancaq xəstə oldum, hərarətim heç düşmədi. Buna baxmayaraq, Hindistanın ən gözəl yerlərini gəzdim: Qoa, Mumbay, Deli. Tac Mahala getdim. Oranın tanınmış müğənniləri ilə görüşdüm. Əgər alınsa, həmin hind müğənniləri ilə duetlərim olacaq. Caypur səfəri zamanı Salman Xanın film çəkilişinin baş tutduğu yerdə oldum. Hətta aktyorun özü ilə görüşüb, söhbət də etdim. Amma şəkil çəkdirməyə utandım. Onun üçün mahnı oxudum. O da zümzümə etdi. Orada planlaşdırdığım layihələr alınsa, yaxın günlərdə yenidən Hindistana qayıdacam”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR