Bakıda iki kişi bir qadını necə zorladı? (RƏSMİ XƏBƏR)

Bakıda iki kişi bir qadını necə zorladı? (RƏSMİ XƏBƏR)
16:01 20 Fevral 2015
141 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakının Yasamal rayonu ərazisində baş verən zorlanma faktı ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 15-də saat 04 radələrində Bakı Metropolitenin “20 Yanvar” stansiyası yaxınlığında “VAZ 2107” markalı 10-DR-825 dövlət qeydiyyat nişanlı avtomobildə olan hələlik şəxsiyyətləri istintaqa məlum olmayan iki şəxs Sənubərə (ad şərtidir) qarşı onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə avtomobilə əyləşdiriblər.

Onlar qadını bıçaqla hədələməklə pulunu alıblar. Daha sonra onunla zorla cinsi əlaqədə olublar.

Səslənən ittiham faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda iş üzrə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=327242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR