Ədliyyə Nazirliyi: İntiqam Əliyevdə onkoloji prosesin mövcudluğu bir daha inkar edilib

16:02 20 Fevral 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 15:58 ]


 

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri, vəkil İntiqam Əliyevlə bağlı növbəti dəfə məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhəti daim nəzarətdə saxlanılır.

 

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Tibb baş idarəsi tərəfindən İ. Əliyev Səhiyyə Nazirliyinin qabaqcıl klinikalarında müayinə olunur, o cümlədən növbəti dəfə əlavə müayinədən fevralın 19-da Neyrocərrahiyyə Xəstəxanasında respublikanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilib, onun daxili və digər orqanlarının ultrasəs müayinəsi, başın və döş qəfəsinin kompüter tomoqrafiyası, qanın müvafiq laborator analizləri keçirilib: "Eyni zamanda, İntiqam Əliyevin onkoloji xəstəlikdən əziyyət çəkdiyi barədə şayiələrin yayılması ilə əlaqədar onun qan analizi götürülərkən qanında bir sıra onkomarkerlərin göstəriciləri Milli Onkologiya Mərkəzinin laboratoriyasına yoxlanılması üçün göndərilib.

Aparılan əlavə müayinələr nəticəsində İntiqam Əliyevdə hər hansı ciddi xəstəliyin, o cümlədən onkoloji prosesin mövcudluğu bir daha inkar edilib, ona cari ambulator müalicə təyin edilib".

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR