“Azəryolservis” kollektivi prezidentə müraciət qəbul edib - FOTO

“Azəryolservis” kollektivi prezidentə müraciət qəbul edib - FOTO
16:02 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 15:56 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin  kollektivi peşə bayramlarını qeyd edib.

 

“Azəryolservis”in mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, bu münasibətlə Nəqliyyat Nazirliyi ”Azəryolservis“də nəqliyyat nazirinin müavinləri Musa Pənahov, Arif Əskərov və ASC-nin sədr əvəzi Saleh Məmmədovun iştirakı ilə tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan nəqliyyat M. Pənahov nəqliyyat nazirinin adından yol işçilərini təbrik edib, onlara əməli fəaliyyətində uğurlar arzulayıb. Qeyd olunub ki, bu sahəyə ölkə başçısı İlham Əliyev tərəfindən həmişə diqqət və qayğı göstərilib. Bunun nəticəsidir ki, böyük  tərəqqi, tikinti-quruculuq meydanına çevrilən yol təsərrüfatı son 11 ildə  misilsiz uğurlar qazanıb. Nazir müavini cəmiyyətin fəaliyyəti barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, ötən 11 il həqiqətən, yeni bir infrastrukturun yaradılması ilə nəticələnib.

 

Sonra S. Məmmədov avtomobil yol işçilərini peşə bayramı münasibətilə təbrik edərək nəqliyyat-yol kompleksinin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. O bildirib ki, ölkə başçısı İlham Əliyev tərəfindən yol təsərrüfatında aparılan abadlıq və quruculuq işlərinə verilən yüksək qiymət yol işçilərinin məsuliyyətini bir daha artırıb.

 

Tədbirdə  bir neçə işçiyə  Nəqliyyat Nazirliyinin və “Azəryolservis” ASC-nin fəxri  fərmanları təqdim olunub.

 

Tədbirin sonunda cəmiyyətin kollektivi adından prezidentə müraciət qəbul edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR