“Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar” adlı kitab çapdan çıxıb

16:07 20 Fevral 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:02 ]


Bakı. Könül Kamilqızı – APA. “Elm və təhsil” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Fərid Ələkbərlinin “Vatikan arxivlərində saxlanılan Azərbaycana aid əlyazmalar” adlı kitabı çapdan çıxıb. AMEA-dan APA-ya verilən xəbərə görə, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda ezamiyyətdə olmuş müəllif kitabda Apostol kitabxanasında və Məxfi Arxivdə saxlanılan Azərbaycana dair əsərlərin siyahısı barədə ətraflı məlumat verib.

 

Nəşrin elmi redaktoru institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR