Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Bakıda baş verən zorlama hadisəsi ilə bağlı birgə məlumat yayıb

16:07 20 Fevral 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:01 ]


Bakı. Fuad Cəfərov - APA. Bakıda baş verən zorlama hadisəsi ilə bağlı cinayət işi açılıb.

 

Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, fevralın 15-də saat 04:00 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyası yaxınlığında “VAZ-2107” markalı 10 DR 825 dövlət qeydiyyat nişanlı avtomobildə olan hələlik şəxsiyyətləri istintaqa məlum olmayan iki şəxsin Sənubərə (ad şərtidir) qarşı onun köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə avtomobilə əyləşdirib bıçaqla hədələməklə pulunu alması, daha sonra onunla zorla cinsi əlaqədə olmaları faktına görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

 

Hazırda iş üzrə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR