Tullantılar arasından əl qumbarası və tapança tapıldı

Tullantılar arasından əl qumbarası və tapança tapıldı
16:08 20 Fevral 2015
256 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
“Təmiz Şəhər” ASC-nin tullantıların çeşidlənməsi zavodunun işçiləri ümumi tullantılar arasında 2 ədəd pnevmatik tapança, 1 ədəd F1 əl qumbarasının korpusu, 1 ədəd avtomat darağı, 7 ədəd 5.45 mm çaplı patron, 174 ədəd 7.62 mm çaplı patron aşkar ediblər.
ASC-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, tapılan silah-sursat polisə təhvil verilib.
Zavod Bakıdan toplanmış tullantıları qəbul edərək onları kağız, şüşə, plastik, əlvan metal, dəmir və s. formasında çeşidləmək işini həyata keçirir. Daha sonra çeşidlənmiş materiallar təkrar emal müəssisələrinə göndərilir. Xammal kimi yararlı olmayan hissələr isə tullantıların yandırılması zavodunda yandırılaraq elektrik enerjisi istehsal edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tullantilar_arasindan_el_qumbarasi_ve_tapancha_tapildi-833664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR