"Çelsi" fanatlarının bu hərəkəti dünyanı hiddətləndirdi - VİDEO

"Çelsi" fanatlarının bu hərəkəti dünyanı hiddətləndirdi - VİDEO
16:14 20 Fevral 2015
98 İdman
Ölkə mətbuatı
A- A+

“Çelsi” azakeşləri Paris metrosunda qaradərili sərnişinə qarşı irqçilik zəminində alçaldıcı hərəkət ediblər.

 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən PSJ – “Çelsi” qarşılaşmasından sonra baş verib. Vaqonda olan London klubunun azarkeşləri qatara minmək istəyən qaradərili sərnişini təhqir edərək onun vaqona daxil olmasına imkan verməyiblər. Bu hadisə Fransa, eləcə də dünya mediasında hiddətlə qarşılanıb. Artıq "zadəgan"ların rəhbərliyi hadisədə təqsirli olan azarkeşlərin "Stemford Bric"ə girişini qadağan ediblər. Bir çox tanınmış futbol adamları da baş verən hadisəyə münasibət bildirib.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR