"İntiqam Əliyevdə hər hansı ciddi xəstəlik yoxdur"

"İntiqam Əliyevdə hər hansı ciddi xəstəlik yoxdur"
16:22 20 Fevral 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

"Aparılan müayinələr göstərib ki, təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhətində hər hansı ciddi xəstəlik yoxdur, o cümlədən onkoloji proses mövcud deyil".

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs İntiqam Əliyevin səhhəti daim nəzarətdə saxlanılır.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən o, Səhiyyə Nazirliyinin qabaqcıl klinikalarında müayinə olunur, o cümlədən növbəti dəfə əlavə müayinədən fevralın 19-da Neyrocərrahiyyə Xəstəxanasında respublikanın aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilib, qəfəsinin kompüter tomoqrafiyası, qanın müvafiq laborator analizləri keçirilib.

Eyni zamanda, İ.Əliyevin onkoloji xəstəlikdən əziyyət çəkdiyi barədə şayiələrin yayılması ilə əlaqədar onun qan analizi götürülərkən qanında bir sıra onkomarkerlərin göstəriciləri Milli Onkologiya Mərkəzinin laboratoriyasına yoxlanılması üçün göndərilib.

Aparılan əlavə müayinələr nəticəsində İ.Əliyevdə hər hansı ciddi xəstəliyin, o cümlədən onkoloji prosesin mövcudluğu bir daha inkar edilib, ona cari ambulator müalicə təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/325762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR