Vergilər naziri Hacıqabulda vətəndaşları qəbul edib

16:23 20 Fevral 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Vergilər naziri Fazil Məmmədov fevralın 20-də Hacıqabul şəhərində yerləşən vergiödəyicilərinə xidmət mərkəzində Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan icbari ödənişlər, vergiödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində qarşıya çıxan çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.
Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergiler_naziri_Haciqabulda_vetendaslari_qebul_edib-833673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR