Əhaliyə çağırış edildi (VİDEO)

Əhaliyə çağırış edildi (VİDEO)
16:26 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Ölkədə fəaliyyət göstərən banklar əhalini dollar alışı ilə bağlı təşvişə düşməməyə çağırır.

ANS TV- nin məlumatına görə, hətta iri banklardan birinin nümayəndəsi Rəşid Salehov iştirak etdiyi tədbirdə çıxışına “Dollarımız hələ çoxdur” mesajı ilə başlayıb. Bank nümayəndəsi bildirib ki, Mərkəzi Bankın tapşırığına uyğun olaraq müraciət edən insanların əmanətləri dollara çevrilir. Eyni zamanda mübadilə məntəqələrinə də lazımıi qədər dollar göndərilir. Lakin eyni vaxtda çox sayda insanın müraciəti növbələr yaradır. Bank rəsmisi vətəndaşları bu günlərdə ehtiyatlı olmağa çağırıb.

Rəşid Salehov bildirdi ki, hər bir bank öz saytında valyuta dəyişimi haqqında məlumatı yerləşdirməlidir. O məsləhət gördü ki, əgər kimsə mübadilə etmək istəyirsə onda onu güvənilir bankda etsin.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=26&nid=327247

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR