Azərbaycanın dövlət başçısı Yunanıstanın yeni prezidentini təbrik edib

16:32 20 Fevral 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 16:30 ]


Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Prokopis Pavlopulosu Yunanıstan prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

 

“Hörmətli cənab Pavlopulos, Yunanıstan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycanla Yunanıstan arasındakı dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yunanıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR