İran modasının 100 ili: gözəllik, inqilab və məcburiyyət - VİDEO - FOTO

İran modasının 100 ili: gözəllik, inqilab və məcburiyyət - VİDEO - FOTO
16:37 20 Fevral 2015
341 Maraqlı
Ölkə mətbuatı
A- A+

1940-cı illərin sonlarında xanımların dalğavari saçlarından 1980-ci illərdəki hicaba qədər İranda qadın dəbi, yəni ekspertlərin "moda" dedikləri anlam çox dəyişib.
 
ABŞ-da yaşayan iranlı modelyer və dizayner Sabrina Sarayi son 100 ildə İranda xanımların anlamında modanın dəyişikliklərini göstərən videoklip hazırlayıb.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, klip 1910-1920-ci illərdə İrandakı dəbdə olan şal və tirmə ilə başlanır.
 
1930-cu illərdə İranda hicab yasaqlandığından xanımlar başıaçıq gəzməyə başlamışdılar.
 
Fəqət 1979-cu ildəki İslam İnqilabından sonra hicab yenidən cəmiyyətə döndü.
 
"Bu videoklidə iranlı xanımların dəb seçimlərini, moda meyllərini göstərməyə çalışdım. Alınan nəticənin nə dərəcədə yaxşı, ya pis olduğunu tamaşaçılar deməlidir. Sadəcə, onu söyləyim ki, İranda son əsrdəki moda gözəllik, inqilab və məcburiyyət tarixidir", - S.Sarayi deyib.

Milli.Az
 




Videonu izləmək üçün şəkillərə klikləyin.

фото













Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/325739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR