Peyntbol çempionatının püşkatması keçirilib (FOTO)

Peyntbol çempionatının püşkatması keçirilib (FOTO)
16:38 20 Fevral 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Gənclər təşkilatları arasında peyntbol idman növü üzrə çempionatın püşkatma mərasimi keçirilib.

Trend xəbər verir ki, bu gün "İrəli" İctimai Birliyinin ofisində Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatı dəstəyi ilə Gənclər Təşkilatları arasında Peyntbol İdman növü üzrə çempionatın püşkatma mərasimi baş tutub. 20 gənclər təşkilatları komandalarının nümayəndələrinin iştirakı ilə keçən püşkatmada çempionatın cədvəli müəyyənləşdirilib.

Qeyd edək ki, çempionat 1 mart 2015-ci ildə başlayacaq və ümummilli lider Heydər Əliyevin doğum günündə, mayın 10-da yekunlaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2366540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR