Cerrard dubl etdi, "Liverpul" tarixə düşdü

Cerrard dubl etdi, "Liverpul" tarixə düşdü
13:05 2 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının XX turu çərçivəsində doğma publika önündə “Lester”lə 2:2 hesablı heç-heçəyə razılaşan “Liverpul” tarixə düşüb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Stiven Cerrardın 17 və 40-cı dəqiqələrdə penaltilərdən fərqlənməsi komandasına həm yubiley, həm də liderlik sevinci yaşadıb.

Belə ki, “Liverpul” ölkə çempionatında 100-cü dəfə 11 metrlik cərimə zərbəsini reallaşdıran ilk komanda ünvanına sahib olub.

Qeyd edək ki, cari mövsümdə 19-cü matçını keçirən Cerrard penaltilərdən vurduğu qollarının sayını 31-ə çatdırıb. Liverpul təmsilçisinin kapitanından daha çox fərqlənən futbolçular Frenk Lempard (43) və Alan Şirerdir (56).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR