"Nefçi" - "Qarabağ" oyununda kriminal sonluq - 9 nəfər qandallandı

"Nefçi" - "Qarabağ" oyununda kriminal sonluq - 9 nəfər qandallandı
16:42 20 Fevral 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

Dünən keçirilən “Neftçi” – “Qarabağ” oyunundan sonra düşən dava ilə bağlı bir neçə nəfər həbs edilib. Milli.Az-ın məlumatına görə, qarşılaşmadan sonra iki komandanın azarkeşlәri arasında әlbәyaxa dava olub. “Neftçi” azarkeşlәrinin “Qarabağ” azarkeşlәrinә daş atmasından sonra ara bir az da qızışıb.

Tәrәflәr arasında gәrginliyә isә polis müdaxilә edib. "Neftçi" klubunun azarkeşləri daş parçaları ilə polislərə müqavimət göstəriblər. Polis maşını zədələnib. Polis tərəfindən 9 azarkeş saxlanılaraq Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparılıb.

Bölmədən Milli.Az-a bildirildi ki, onların barəsində Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanıb.

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/325766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR